İran rəsmisi: "ABŞ ilə gərginlik fonunda enerji bazarları 3 il sabitləşməyə bilər"

15:08 - 22.10.2026


22 Oktyabr, Fineko/abc.az. İran Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Möhsün Rizayi ABŞ və İsrail ilə davam edən gərginliyin qlobal enerji bazarlarına strateji təsirləri barədə xəbərdarlıq edib.

Rizayi "Dropsite" nəşrinə müsahibəsində bildirib ki, mövcud vəziyyətin davam etməsi önümüzdəki üç il ərzində enerji bazarlarının sabitləşməməsinə gətirib çıxara bilər.

Şərtlər imkan verəcəyi təqdirdə diplomatiyaya üstünlük verəcəklərini deyən İran rəsmisi, müharibənin davam edəcəyi təqdirdə ölkəsinin adekvat cavab vermək üçün bütün zəruri imkanlara və potensiala malik olduğunu vurğulayıb.