"Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" 2032-ci ildən mərhələli şəkildə istismara veriləcək

12:01 - 20.10.2026


20 Oktyabr, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilən “Müasir Azərbaycanın enerji siyasəti: milli enerji təhlükəsizliyindən qlobal enerji tərəfdaşlığına” adlı məqaləsində regional elektrik enerjisi bağlantılarının strateji əhəmiyyətini vurğulayıb.

Nazir qeyd edib ki, bu istiqamətdə əsas layihələrdən biri olan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” Azərbaycan və Gürcüstanı Qara dənizin dibi ilə Rumıniya, Macarıstan və digər Avropa bazarları ilə birləşdirəcək. Təxminən 3 min kilometr uzunluğunda olacaq dəhlizin ötürmə gücünün mərhələli şəkildə 4 giqavata çatdırılması nəzərdə tutulur.

Layihə regionda ən azı 8 giqavat bərpaolunan enerji gücünün yaradılmasına şərait yaratmaqla, 2040-cı ildən etibarən Avropaya ildə təxminən 20 milyard kilovat-saat elektrik enerjisinin ötürülməsini təmin edə və karbon emissiyalarını ildə 3,6 milyon tonadək azalda bilər.