15:40 - 16.10.2026
16 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində ümumi məhsul buraxılışının dəyəri 4 milyard 612 milyon manat təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə istehsalın həcmində 4,3% azalma qeydə alınıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə neft məhsulları üzrə istehsal göstəricilərində fərqli dinamika müşahid olunub.
Belə ki, mazut istehsalı 78,8%, sürtkü yağlarının istehsalı isə 24,2% artıb. Eyni zamanda, ağ neft (kerosin) istehsalı 19,2%, neft bitumunun istehsalı isə 33,8% azalıb.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026