12:06 - 16.10.2026
16 Oktyabr, Fineko/abc.az. Beynəlxalq Enerji Agentliyi (BEA) təklifi artırmaq və sürətlə yüksələn yanacaq qiymətlərini endirmək məqsədilə mart ayında öhdəliyə götürülmüş rekord fövqəladə ehtiyatların qalan hissəsi ilə yanaşı, bazara 20 milyon bareldən çox dizel çıxarılması barədə razılığa gəlib.
Bu qərar ABŞ Prezidenti Donald Trampın 3 noyabr ara seçkiləri ərəfəsində qiymətləri endirmək üçün Aİ ölkələrinə göstərdiyi təzyiqlər və dizel ixracını qadağan edə biləcəyi xəbərdarlığının ardınca verilib.
Hörmüz boğazındakı böhran, həmçinin İran və Ukraynanın iştirak etdiyi münaqişələr nəticəsində təchizatda yaranan fasilələr dizel yanacağının qiymətini rekord səviyyəyə qaldırıb. Beynəlxalq Enerji Agentliyinin (IEA) 32 üzv ölkəsi, mart ayında elan edilmiş 400 milyon barellik ehtiyat paketinin qalan hissəsinin bazara çıxarılmasını sürətləndirmək barədə razılığa gəlib.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026