Cari ilin 9 ayında Azərbaycanda 19,9 milyon ton neft hasil edilib

10:15 - 15.10.2026


15 oktyabr, Fineko/abc.az. Energetika Nazirliyinin 2026-cı ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlarına əsasən, respublikada 19,9 milyon ton neft (kondensatla birlikdə) hasil olunub.

Hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli” (AÇG), 2,6 milyon tonu “Şahdəniz”, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft hasilatı 5,1 milyon ton təşkil edib.

Hesabat dövründə xaricə 15,5 milyon ton neft ixrac edilib. Bunun 14,2 milyon tonu konsorsiumların, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın payına düşüb.

İlk 9 ayda gündəlik neft hasilatı orta hesabla 547 min barrel (446 min barrel xam neft, 101 min barrel kondensat) olub, ölкə daxilində neftin emalı isə 4,5 milyon ton təşkil edib.