Qarabağ və Şərqi Zəngəzurun bərpasına 13,2 milyard manat ayrılacağı proqnozlaşdırılır

11:27 - 16.10.2026


16 oktyabr, Fineko/abc.az. 2027–2030-cu illərdə Azərbaycanın dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin — Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və yenidən qurulmasına 13,2 milyard manat xərclənəcəyi proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin hazırladığı 2027–2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində (OMXÇ) bildiriıir.

Sənədə əsasən, sözügedən dövrdə azad edilmiş ərazilərin bərpası üçün nəzərdə tutulan vəsaitin dövlət büdcəsinin əsaslı xərclərindəki xüsusi çəkisi 24,1% təşkil edəcək.