11:51 - 14.10.2026
14 oktyabr, Fineko/abc.az. Böyük Qayıdışa dair Dövlət Proqramının növbəti ikinci mərhələsində əsas məqsəd yaradılmış imkanlar əsasında özəl investisiyaları, daimi məşğulluğu və ixracyönümlü istehsalı daha da genişləndirmək, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir.
Prezident İlham Əliyev Bakıda keçirilən 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" – "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciətində bildirib ki, regionda tətbiq edilən qabaqcıl şəhərsalma və mühəndislik həlləri Azərbaycanın digər bölgələri ilə yanaşı, beynəlxalq miqyasda da istifadə oluna biləcək təcrübə yaradır.
Dövlət başçısının sözlərinə görə, bu baxımdan, 2026-cı ildə Bakıda BMT-nin Məskunlaşma Proqramının təşkilatçılığı ilə Dünya Şəhərsalma Forumunun (WUF13) uğurla keçirilməsi ölkəmizin şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə təqdim olunmasına və qlobal dialoqda mövqeyinin möhkəmlənməsinə xidmət edib.
Prezident qeyd edib ki, "Xəzər İnşaat Həftəsi" çərçivəsində keçirilən "Rebuild Garabagh" və "BakuBuild" sərgiləri həmin təcrübənin paylaşılmasına, yeni texnologiyaların təqdimatına və işgüzar tərəfdaşlıqlar qurulmasına geniş imkanlar yaradır və bu tərəfdaşlıqların konkret layihələrdə öz əksini taparaq Böyük Qayıdışa, eləcə də regionun uzunmüddətli inkişafına mühüm töhfə verəcəyinə əmindir.
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026