15:41 - 12.10.2026
12 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev "Quba Xəzəryanı" ərazisi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında SOCAR, "Gran Tierra Energy (Azerbaijan) GmbH" və "SOCAR Quba-Xəzəryanı" MMC arasında imzalanmış Sazişin təsdiq edilməsi və həyata keçirilməsinə icazə verilməsi barədə qanunu imzalayıb.
Sazişə əsasən, operator qismində 65 faiz iştirak payına malik "Gran Tierra Energy Inc." çıxış edəcək və ərazidə 3D seysmik tədqiqatlar, qravimetrik ölçmələr və kəşfiyyat quyularının qazılmasını həyata keçirəcək.
Qanun qüvvəyə mindikdən sonra Saziş hüquqi üstünlüyə malik olur, nəzərdə tutulan kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün podratçı tərəflərə müstəsna hüquqlar verilir və onların razılığı olmadan bu hüquqlar dəyişdirilə bilməz.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026