Rusiya dizel ixracı qadağasını hissə-hissə ləğv etdi — İlk mərhələdə 500 min ton yanacaq bazara çıxarılır

10:17 - 12.10.2026


12 Oktyabr, Fineko/abc.az. Rusiya Hökuməti Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında əldə olunmuş razılaşmaya əsasən dizel yanacağının ixracına qoyulan qadağanı qismən ləğv edib.

Bu gündən qüvvəyə minən qərara əsasən, ilk mərhələdə 500 min ton dizel yanacağının dünya bazarlarına çıxarılmasına icazə verilib. Rusiya neft şirkətləri xarici alıcılarla ixrac müqavilələrinin bağlanmasına başlayır.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, mövcud istehsal həcmləri həm daxili bazarın tələbatını, həm də göstərilən həcmdə ixracı tam təmin edir.

Xatırladaq ki, Rusiya yanvarın 31-də qeyri-istehsalçı şirkətlərə, iyulun 9-da isə birbaşa istehsalçılara dizel ixracını qadağan etmişdi.