Volkswagen-in qlobal satışlarında kəskin azalma — Üçüncü rübdə 14,3% geriləmə

14:19 - 12.10.2026


12 Oktyabr, Fineko/abc.az. Qərbi Avropanın ən böyük avtomobil istehsalçısı "Volkswagen Group" 2026-cı ilin üçüncü rübünə dair göstəricilərini açıqlayıb.

Şirkətin qlobal nəqliyyat vasitəsi tədarükü İyul-Sentyabr aylarında 14,3% azalarak 1 milyon 885 min 300 ədədə geriləyib. Ən kəskin düşüş şirkətin ən böyük bazarı olan Çində (38,5% azalma ilə 405,800 ədəd) və ABŞ-da tam elektrikli avtomobil satışlarında (86,4% azalma) qeydə alınıb. İlk 9 ayın yekunlarına görə isə qlobal satışlar 9% azalaraq 6 milyon 11 min ədədə düşüb.

Buna qarşı olaraq, Avropada elektrikli avtomobil tədarükü 19,6% artıb və yeni təqdim edilən "ID. Polo" və "Skoda Epiq" kimi büdcəyönümlü modellərə 150 minə yaxın sifariş daxil olub.