İordaniyaya getmək istəyənlərin nəzərinə - Viza ləğv olundu

15:31 - 12.10.2026


12 oktyabr, Fineko/abc.az. Azərbaycan və İordaniya arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında saziş təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Qeyd edək ki, saziş 2026-cı il iyulun 8-də Bakı şəhərində imzalanmışdı.