UEA-dan qlobal dizel qıtlığına qarşı çağırış: Təcili ehtiyatlar bazara çıxarılsın

10:43 - 12.10.2026


12 Oktyabr, Fineko/abc.az. Beynəlxalq Enerji Agentliyi (UEA) qlobal bazarlarda təklif sıxlığının artması fonunda üzv ölkələrə dizel ehtiyatlarını daha sürətlə bazara çıxarmaq və əlavə ehtiyatların istifadəsini nəzərdən keçirmək çağırışı edib.

UEA-nın icraçı direktoru Fatih Birol bildirib ki, mart ayında qəbul edilən qərar çərçivəsində öhdəliklərini tamamlamayan ölkələr təcili hərəkətə keçməli və dizel tədarükünə üstünlük verməlidir.

Yaxın Şərqdəki münaqişələr fonunda G7 ölkələri bu ay təcili ehtiyatlardan 100 milyon barelə qədər xam neft və dizel çıxarmağa razılaşıb.

Xatırladaq ki, 32 üzvü olan UEA mart ayında fövqəladə neft rezervlərindən 400 milyon barel buraxılması haqqında tarixinin ən böyük qərarını qəbul etmişdi.