10:07 - 12.10.2026
12 oktyabr, Fineko/abc.az. Xəzər Rayon İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıq, abadlıq, yaşıllaşdırma və küçələrdəki nöqsanların aradan qaldırılmasına həsr olunmuş geniş müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, iclasda yerli kommunal qurumların rəhbərləri, qəsəbə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov ərazinin estetik görünüşünə xələl gətirən qəzalı tikililəri və mövcud çatışmazlıqları təhlil edərək müvafiq tapşırıqlar verib.
Ərazilərə nəzarətin zəifliyi və yol verilən nöqsanlara görə Qala və Zirə qəsəbələrinin nümayəndələrinə töhmət elan olunub, Buzovna və Türkan nümayəndələrinə isə xəbərdarlıq edilib.
Digər qəsəbə rəhbərlərinə təmizlik və abadlıq işlərinə nəzarəti gücləndirmək, nöqsanları qısa müddətdə həll etmək tapşırılıb.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026