Bu il 157 milyon manatdan çox ƏDV qaytarılıb

12:29 - 12.10.2026


12 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar – sentyabr ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 157 milyon 192,1 min manat olub.

Bu barədə Dövlət Vergi Xidmətindən bildirilib. Həmçinin, hesabat dövründə xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“Tax free”) məbləği 7 milyon 319,2 min manat təşkil edib.