“PAŞA Bank” buna görə nizamnamə kapitalını artırır

15:01 - 12.10.2026


12 oktyabr, Fineko/abc.az. “PAŞA Bank” ASC səhmdarlarının noyabrın 16-da keçiriləcək növbədənkənar ümumi yığıncağında bankın nizamnamə kapitalının artırılması məsələsi müzakirə olunacaq.

Yığıncağın gündəliyinə bankın səhmlərinin ilkin kütləvi təklif (IPO) üsulu ilə yerləşdirilməsinin yekunları nəzərə alınmaqla kapitalın artırılması, nizamnaməyə müvafiq dəyişikliklərin edilməsi və Mərkəzi Banka müraciət olunması daxildir.

Həmçinin müvafiq sənədlərin imzalanması və dövlət qurumlarına müraciətlərin edilməsi səlahiyyətinin İdarə Heyətinin sədri Cavid Quliyevə həvalə olunması nəzərdə tutulur.

Səhmdarlar səsvermədə oktyabrın 19-dan noyabrın 15-dək Milli Depozit Mərkəzinin İnvestor Portalı vasitəsilə qiyabi formada iştirak edə biləcəklər.