14:13 - 12.10.2026
12 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun imzaladığı yeni qərara əsasən, nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və fərdi sahibkarlara verilmiş kreditlərin keyfiyyətinin qiymətləndirilməsində əlavə təsnifat qaydası tətbiq olunacaq.
Yeni qaydaya görə, banklar borrower-lərin (borcalanların) təqdim etdiyi nisyə satış portfelinin ümumi həcmi və alıcılarının sayı barədə məlumatları kredit bürolarındakı göstəricilərlə müqayisə edəcəklər.
Müqayisə zamanı bu göstəricilərdən hər hansı biri üzrə üst-üstə düşmə (uyğunluq) 90 faizdən az olarsa, həmin kredit qeyri-qənaətbəxş aktiv kateqoriyasına aid ediləcək.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026