17:31 - 9.10.2026
9 oktyabr, Fineko/abc.az. 2026-cı ilin ilk doqquz ayında “Bank Melli İran”ın Bakı filialının xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 28,2% azalaraq 3,1 milyon manat olub.
Mənfəətin aşağı düşməsinə faiz gəlirlərinin 8,4% azalması (3,9 milyon manat) və inzibati xərclərin 12% artması (1,4 milyon manat) təsir edib, ehtiyatlara ayırmaların 42% kiçilməsi isə daha kəskin geriləmənin qarşısını alıb.
Əsas diqqətçəkən məqam bankın aktivlərinin yapısında baş verən kəskin dəyişiklikdir: ümumi aktivlər 6 milyon manat azalaraq 114,3 milyon manata düşsə də, maliyyə institutlarından alınacaq vəsaitlər 54,6 milyon manat azalıb və paralel olaraq dövlət qiymətli kağızlarına investisiyalar 3,5 dəfə artaraq 76 milyon manata (aktivlərin 66,5%-i) çatıb.
Bankın kredit portfeli 20,9% artsa da, 2,8 milyon manatla ümumi balansın cəmi 2,4%-ni təşkil edir.
Eyni dövrdə filialın öhdəlikləri 13,7% enərək 57,8 milyon manat, kapitalı isə 5,9% artaraq 56,5 milyon manat olub.
Mənfəətli fəaliyyət sayəsində bankın əvvəlki illərdən yığılmış zərəri 20,3 milyon manatdan 17,1 milyon manata qədər azalıb.
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026