"Nvidia" Avropaya əlavə 2 milyard dollar investisiya yatırır

11:59 - 14.10.2026


14 Oktyabr, Fineko/abc.az. Dünyanın ən yüksək bazar dəyərinə sahib texnologiya giqantı "Nvidia" gələn həftə Avropa bazarında 2 milyard dollarlıq yeni investisiya paketini açıqlayacaq.

Şirkətin baş icraçı direktoru (CEO) Yansen Huanq Parisdə keçirilən tədbirdə bildirib ki, bu vəsait keçən il Avropada həyata keçirilən 8 milyard dollarlıq yatırımlara əlavə olacaq.

Səfər çərçivəsində Fransanın "Doctolib", "Genesis AI", "Pigment" və "Entalpic" startaplarına yeni finansman ayrıldığını bildirən Huanq, Avropanı yapay zeka yarışında geridə qalmamağa və açıq kodlu (open-source) İİ modellərindən aktiv istifadə etməyə çağırıb.