11:16 - 14.10.2026
14 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin birinci yarısı üzrə “Maliyyə Sabitliyi Hesabatı”na əsasən, ölkədə ipotekanın əlçatanlıq indeksi iyun ayında 121% təşkil edib.
Bu göstərici yaz aylarındakı yüksəlişdən sonra bir qədər azalsa da, 2025-ci ilin əvvəlindəki 100%-ə yaxın səviyyəsini xeyli üstələyir. İndeksin 121% olması adambaşına düşən aylıq sərəncamda qalan gəlirin orta aylıq ipoteka ödənişindən 21% çox olduğunu göstərir.
Təhlil olunan dövrdə yeni verilmiş ipoteka kreditləri üzrə faiz dərəcəsi 0,3 faiz bəndi artaraq 10,72%-ə, bankların daxili resursları hesabına verilən kreditlərin faizi isə 12,76%-ə yüksəlib.
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən kreditlər üzrə faiz göstəricisi isə 7,04% səviyyəsində sabit qalıb.
Paralel olaraq, mənzil qiymətlərinin illik 8,4% artmasına baxmayaraq, əhalinin sərəncamda qalan gəlirləri 10,5% çoxalaraq 2023-cü ilin sonundan bəri ilk dəfə mənzil qiymətlərinin artım tempini geridə qoyub.
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026