11:17 - 16.10.2026
16 oktyabr, Fineko/abc.az. Azərbaycanda 14–29 yaş arasında olan gənclərin sayı son 16 ildə 507,5 min nəfər və ya təxminən 18 faiz azalıb.
2010-cu ilin əvvəlində ölkədə 2 milyon 825,8 min gənc yaşayırdısa, 2026-cı ilin əvvəlinə bu göstərici 2 milyon 318,3 min nəfər təşkil edib.
Bununla belə, son bir ildə gənclərin sayında müəyyən artım müşahidə olunub. Belə ki, 2025-ci ilin əvvəlində onların sayı 2 milyon 300,8 min nəfər olduğu halda, 2026-cı ilin əvvəlinə 17,5 min nəfər artıb.
Hazırda gənclər Azərbaycan əhalisinin 22,6 faizini təşkil edir. Onların 1 milyon 221,9 mini kişi, 1 milyon 96,4 mini isə qadındır.
Göstəricilər uzunmüddətli dövrdə ölkənin demoqrafik strukturunda ciddi dəyişiklik baş verdiyini nümayiş etdirir. Gənclərin sayındakı dəyişiklik gələcək əmək bazarı, təhsil xidmətləri və istehlak bazarının inkişafı baxımından da əhəmiyyət daşıyır.
©Banker.az
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
15 Oktyabr 2026