15:46 - 8.10.2026
8 oktyabr, Fineko/abc.az. Noyabrda üç gün ardıcıl istirahət olacaq. Azərbaycanda noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl üç istirahət günü olacaq.
Belə ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 8 Noyabr bazar gününə təsadüf etdiyi üçün noyabrın 10-da qeyri-iş günü olacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 11 qeyri-iş günü nəzərdə tutulub. Altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə qeyri-iş günlərinin sayı 7 gün olacaq.
8 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026