Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

14:31 - 15.10.2026


15 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub.

Dövlət başçısı 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatlar törətdiyini və nəticədə azərbaycanlı hərbçilərin həlak olduqlarını bildirərək deyib ki, beləliklə, Azərbaycan xalqının səbri tükəndi və haqq-hesab vaxtı gəldi. Vətən müharibəsinin 44 gün davam etdiyi vurğulayan Prezident bildirib ki, bu müddət ərzində Azərbaycan erməni işğalçılarını zəbt olunmuş torpaqlardan qovaraq döyüş meydanında 300-dən çox şəhər və kəndi azad edib. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzalayıb.