Azərbaycanda balıq məhsulları bir ildə 8.5% bahalaşıb

17:28 - 16.10.2026


16 oktyabr, Fineko/abc.az. Azərbaycanda balıq və balıq məhsullarının qiymətində artım dinamikası davam edir.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 2026-cı ilin sentyabr ayında balıq və balıq məhsullarının qiyməti avqust ayı ilə müqayisədə 1.9% artıb. İllik müqayisədə isə 2026-cı ilin sentyabr ayındakı qiymətlər ötən ilin eyni ayı ilə müqayisədə 8,5% yüksəlib.

Bundan əlavə, 2026-cı ilin yanvar-sentyabr aylarındakı orta qiymət göstəricisi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,3%-lik artım nümayiş etdirib. Məlumat üçün qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında əvvəlki ilin eyni dövrünə nəzərən artım cəmi 1,8% təşkil etmişdi.