10:10 - 6.10.2026
6 oktyabr, Fineko/abc.az. Gömrük Komitəsi sərhəd-keçid məntəqələrinin yenilənməsinə 12,7 milyon manat ayırıb.
Dövlət Gömrük Komitəsi tərəfindən sərhəd-keçid məntəqələrində infrastrukturun yenilənməsi ilə bağlı iki satınalma həyata keçirilib.
Belə ki, Astara dövlət sərhədindən buraxılış məntəqəsində binaların cari və əsaslı təmiri, həmçinin infrastrukturun yenilənməsi işləri “Azdev Engineering Construction” MMC-yə 6 598 091,59 manata həvalə edilib.
Digər satınalma üzrə Biləsuvar dövlət sərhədindən buraxılış məntəqəsində binaların cari və əsaslı təmiri, infrastrukturun yenilənməsi, piyada və sərnişin keçidinin tikintisi işləri eyni şirkətə 6 154 766,85 manata həvalə olunub.
Ümumilikdə iki satınalmanın məbləği 12 752 858,44 manat təşkil edir.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026