Ağcabədidə sanitariya qaydalarını pozan çörək sexi bağlandı

15:59 - 24.09.2026


24 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağcabədi rayonu, Ü.Hacıbəyli prospektində fəaliyyət göstərən, sahibkar Namazov Saleh Əliş oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirib. Yoxlama və baxış zamanı istehsal müəssisəsində sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən olunub.

Aşkar olunmuş faktla bağlı inzibati protokol tərtib edilərək icrası məcburi göstərişlər verilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.