Hörmüz böhranı gübrə bazarında qiymət artımına səbəb oldu

17:15 - 1.10.2026


1 Oktyabr, Fineko/abc.az. Yaxın Şərqdə hərbi münaqişə və Hörmüz boğazında tədarük zəncirinin pozulması qlobal gübrə bazarında ciddi  qıtlıq yaradıb.

Gübrə ticarətinin təxminən üçdə birinin keçdiyi boğazın faktiki olaraq bağlanması və enerji xərclərinin kəskin yüksəlməsi nəticəsində kənd təsərrüfatı üçün kritik vacib olan diamonyum fosfatın (DAP) tonu ilin 9 ayında 28,4% artaraq 802,5 dollara çatıb (2025-ci ilin sonunda 625 dollar idi).

Gübrə və yanacaq xərclərinin kəskin artması kənd təsərrüfatı məhsullarının qiymətlərinə də birbaşa təsir göstərib: eyni dövrdə qarğıdalı 13,3%, soya lobyası isə 22,6% bahalaşıb.