16:15 - 30.09.2026
30 sentyabr, Fineko/abc.az. Milli Məclisdə birinci oxunuşda qəbul edilən Dövlət Qulluğu Məcəlləsinin layihəsinə əsasən, dövlət qurumlarında sayı və ya ştatları azaldıldıqda sosial həssas kateqoriyaya aid şəxslərin dövlət qulluğuna xitam verilməsi qadağan olunur.
Hüquqi təminat hamilə qadınlara, üç yaşınadək uşağı olan qadınlara, üç yaşınadək və ya məktəb yaşınadək uşağını təkbaşına böyüdən şəxslərə şamil edilir.
Bundan başqa, himayəsində əlilliyi olan uşağı və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan dövlət qulluqçuları da ştat ixtisarı zamanı işini itirməyəcək.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026