17:16 - 28.09.2026
28 sentyabr, Fineko/abc.az. İran Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpası üçün ABŞ qarşısında tələblərini sərtləşdirib.
Tehran hərbi dəniz blokadasının dərhal götürülməsini, dondurulmuş 24 milyard dollar dəyərindəki aktivlərinin azad edilməsini və Yəməndəki husilər də daxil olmaqla bütün müqavimət cəbhələrində hərbi əməliyyatların dayandırılmasını tələb edir.
Şərtlərin sərtləşməsinə baxmayaraq, tərəflər arasında təmasların olması xəbəri neft bazarında gərginliyi nisbətən azaldıb. Nəticədə "Brent" markalı xammal neftinin fyuçersləri 104,5 dollar səviyyəsinə qədər geriləyib.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026