10:58 - 1.10.2026
1 oktyabr, Fineko/abc.az. 2026-cı ilin III rübündə Yaponiyanın iri sənaye şirkətlərində biznes əhval-ruhiyyəsi indeksi 24 bəndə yüksələrək 2018-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Göstərici altıncı rüb ardıcıl artıb, lakin proqnozdan (25) bir qədər aşağı qalıb.
Artımı qlobal tələbat, o cümlədən süni intellektə yatırımlar dəstəkləyir, lakin xərclərin artması və enerji qiymətlərinin yüksək qalması biznesə təzyiq göstərir. Əksər sahələrdə yaxşılaşma qeydə alınıb (xüsusilə neft məhsulları, metallar və avadanlıq), lakin ağac emalı, qida və avtomobil sektorlarında göstəricilər zəifləyib. Şirkətlər investisiyaların 11,3% artacağını gözləyirlər.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026