14:52 - 5.10.2026
5 oktyabr, Fineko/abc.az. Qlobal infrastruktur və mühəndislik nəhəngi "AECOM" şirkətinin Azərbaycandakı filialı fəaliyyətini dayandıraraq ləğv olunduğunu elan edib.
"AECOM Infrastructure and Environment UK Limited" şirkətinin yerli nümayəndəliyinin yaydığı rəsmi bildirişə əsasən, kreditorlar öz tələblərini iki ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 44 ünvanına təqdim edə bilərlər.
Qeyd edək ki, "AECOM" mühəndislik, layihələndirmə, tikinti idarəetməsi, eləcə də infrastruktur və ətraf mühit üzrə peşəkar konsaltinq xidmətləri göstərən aparıcı beynəlxalq şirkətlərdəndir.
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026