OPEC+ noyabr ayı üçün neft hasilatı kvotalarını sabit saxlayıb

11:34 - 5.10.2026


5 Oktyabr, Fineko/abc.az. OPEC+ alyansı bazar günü keçirilən qısa onlayn iclasda noyabr ayı üçün neft hasilatı hədəflərini dəyişməz saxlamaq barədə qərar qəbul edib.

Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Əlcəzair, Qazaxıstan və Ümman da daxil olmaqla 7 əsas üzvün qəbul etdiyi bu qərar bazar gözləntilərinə tam uyğun gəlib.

ABŞ və İsrailin İranla münaqişəsi fonunda Körfəz ölkələrində ixracın normadan 60-80% aşağı düşməsi səbəbindən real hasilat müəyyən edilmiş kvotalardan xeyli aşağı səviyyədə qalır.

UBS analitiki Covanni Staunovo bildirib ki, Hörmüz boğazından daşımalar artsa da, hasilatın aşağı olması neft bazarında təklif qıtlığını saxlayır. Brent markalı neftin qiyməti münaqişədən əvvəlki 73 dollara nisbətən 100 dolların üzərində qalmaqda davam edir. Alyansın növbəti iclası 1 noyabr tarixində keçiriləcək.