Qızıl 4 158 dollara yüksəldi

09:41 - 5.10.2026


5 Oktyabr, Fineko/abc.az. Birləşmiş Ştatlarda əmək bazarının zəiflədiyini göstərən göstəricilər və sentyabr ayında məşğulluğun gözləniləndən daha çox yavaşlaması ABŞ Mərkəzi Bankının (FED) oktyabr ayında faiz artıracağı ehtimalını kəskin azaldıb. Bu fonda spot qızılın qiyməti 0,4% artaraq unsiyası üçün 4 158,17 dollara, fyuçerslər isə 0,6% yüksələrək 4 186,40 dollara çatıb.

Analitiklərin fikrincə, oktyabr ayında fasilə verilməsi ehtimalı qızılı dəstəkləsə də, bazarlar ilin sonunadək sərt pul-kredit siyasətinin davam edəcəyini proqnozlaşdırır. CME FedWatch məlumatlarına görə, oktyabrda faiz artımı ehtimalı 64%-dən 22%-ə düşüb.

Eyni zamanda, Yaxın Şərqdə geostrateji gərginliyin artması və digər qiymətli metalların (gümüş 61,40 dollar, platin 1 708,48 dollar) bahalaşması bazarda oynaq saxlamağa davam edir.