10:40 - 5.10.2026
5 oktyabr, Fineko/abc.az. 2026-cı ilin avqust ayının sonuna olan rəsmi statistikaya əsasən, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna yönəldilən cəmi kredit portfeli (bank və qeyri-bank kredit təşkilatları üzrə) 520,8 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici iyul ayı ilə müqayisədə 8 milyon manat və ya 1.6% artaraq yüksəlib (402,0 milyon manat bank, 118,8 milyon manat qeyri-bank).
Bununla belə, son bir il ərzində sektora verilən cəmi kreditlərin həcmi 54,1 milyon manat və ya 9.4% azalıb; belə ki, 2025-ci ilin avqust sonunda bu göstərici 574,9 milyon manat səviyyəsində idi.
İllik dinamikada bank kreditləri 453,7 milyon manatdan 402,0 milyon manata, qeyri-bank kredit təşkilatlarının portfeli isə 121,2 milyon manatdan 118,8 milyon manata geriləyib.
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026