“Milla Dairy” MMC yenidən təşkil edilir

15:52 - 1.10.2026


1 oktyabr, Fineko/abc.az. Azərbaycanın aparıcı süd məhsulları istehsalçısı olan "Milla Dairy" MMC yenidən təşkil edilir.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti yazıb.

Məlumata görə, buna səbəb "Beverage Services" MMC-nin ona qoşulmasıdır.

Xatırladaq ki, "Milla Dairy" 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 283,45 milyon manatdır.