16:03 - 16.10.2026
16 oktyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə orta illik inflyasiya 5,7% təşkil edib.
Bu dövrdə qida, alkoqollu içkilər və tütün məmulatları 6,9%, qeyri-qida məhsulları 3,7%, ödənişli xidmətlər isə 5,5% bahalaşıb.
Sentyabrda istehlak qiymətləri əvvəlki aya nisbətən 0,9%, ötən ilin sentyabrına nisbətən isə 5,5% artıb.
Həmçinin yanvar-avqust aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 7,2% artaraq 1 173 manat olub ki, inflyasiya nəzərə alınmaqla bunun real artımı 1,4% təşkil edir.
Məlumata əsasən, neft-qaz sektorunda orta əməkhaqqı 3 849,8 manatdan 4 395,8 manata, qeyri-neft-qaz sektorunda isə 1 042,6 manatdan 1 115,1 manata yüksəlib.
Dövlət müəssisələrində orta aylıq əməkhaqqı 1 168,1 manat, özəl müəssisələrdə isə 1 177,7 manat təşkil edib.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026