Dünya bazarında Azərbaycan neftinin qiyməti 119 dollara düşüb

10:48 - 16.10.2026


16 Oktyabr, Fineko/abc.az. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti ucuzlaşıb. Ölkəmizin ixrac neftinin bir barelinin qiyməti 5,1 ABŞ dolları və ya 4,1% azalaraq 119,04 ABŞ dolları təşkil edib.

Məlumat üçün bildirək ki, "Azeri Light" neftinin tarixi ərzində minimum qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimum qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.