17:21 - 15.10.2026
15 Oktyabr, Fineko/abc.az. ABŞ hökuməti Beynəlxalq Enerji Agentliyinin (BEA) müttəfiqlərinə xəbərdarlıq edib ki, qlobal yanacaq qiymətlərinin artmasının qarşısını almaq üçün fövqəladə neft ehtiyatlarının bazara çıxarılması üzrə mövcud planlar kifayət etmir.
Bloomberg-in verdiyi məlumata görə, Parisdə keçirilən BEA iclasında ABŞ rəsmiləri bazardakı gərginliyi azaltmaq üçün üzv ölkələrdən ən azı 100 milyon barellik əlavə neft ehtiyatının bazara buraxılması üçün qeyri-rəsmi danışıqlar aparır.
Yaxın Şərq və Rusiyadakı münaqişələr səbəbindən yanacaq qiymətlərinin rekord həddə çatması ABŞ Prezidenti Donald Trampı dizel ixracına qadağa qoymaq və ya Rusiya ilə tədarük razılaşması variantlarını nəzərdən keçirməyə vadar edib.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
14 Oktyabr 2026