16:04 - 14.10.2026
14 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 21 milyard 190,9 milyon kVt/saat olub.
Bu barədə Energetika Nazirliyinin yanvar-sentyabr ayları üzrə açıqladığı operativ məlumatlarda bildirilib.
Məlumata əsasən, ölkədə elektrik enerjisi istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz və ya 607,8 milyon kVt/saat azalıb.
Bu dövrdə İstilik Elektrik Stansiyalarında (İES) 16 milyard 960 milyon kVt/saat, Su Elektrik Sttansiyalarında (SES) 2 milyard 767,1 milyon kVt/saat, digər mənbələr üzrə isə 1 milyard 463,8 milyon kVt/saat, o cümlədən külək elektrik stansiyalarında 768,7 milyon kVt/saat, günəş elektrik stansiyalarında 501,5 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 193,6 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
9 ay ərzində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi istehsalı su elektrik stansiyalarında 352,8 milyon kVt/saat, külək elektrik stansiyalarında 698,4 milyon kVt/saat, BMTYZ üzrə isə 10,2 milyon kVt/saat artıb. Ümumilikdə SES-lər də daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 1051,9 milyon kVt/saat artımla 4 milyard 230,9 milyon kVt/saat təşkil edib.
Yanvar-sentyabr ayları üzrə elektrik enerjisinin istehsalı "AzərEnerji" ASC üzrə 18 milyard 233,4 milyon kVt/saat (İES-lərdə 15 milyard 434,8 milyon kVt/saat, SES-lərdə 2 milyard 753,1 milyon kVt/saat, Günəş Elektrik Stansiyalarında (GES) 45,5 milyon kVt/saat), müstəqil elektrik stansiyaları üzrə isə 2 milyard 957,5 milyon kVt/saat təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 301,6 milyon kVt/saat, idxalı isə 170,6 milyon kVt/saat olub.
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026