Rusiya və ABŞ dizel tədarükünə başladı — İlk partiyalar artıq göndərilib

17:23 - 14.10.2026


14 Oktyabr, Fineko/abc.az. Rusiya Baş nazirinin müavini Aleksandr Novak Moskvada keçirilən Rusiya Enerji Həftəsi çərçivəsində bəyan edib ki, Rusiya və ABŞ arasında əldə olunan razılaşmaya əsasən küresel bazarlara dizel yanacağının tədarükünə başlanılıb və ilk partiyalar artıq yola salınıb.

Novak bu anlaşmanın Rusiyada neft emalı həcmlərini artırmağa imkan yaradacağını bildirib.

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev isə ABŞ-ın Rusiya dizelinə qarşı sanksiyaları ləğv etməsindən sonra Nyu-Yorkda dizel qiymətlərinin 5% düşdüyünü vurğulayıb. O, iki ölkə arasında əməkdaşlığın yalnız dizellə məhdudlaşmayacağını və digər iqtisadi-investisiya sahələrini də əhatə edəcəyini qeyd edib.