17:08 - 15.10.2026
15 oktyabr, Fineko/abc.az. Maliyyə hesabatını açıqlayan “Premium Bank” ASC 2026-cı ilin ilk doqquz ayında aktivlərinin həcmində demək olar ki, artım nailiyyəti əldə edə bilməyib.
İlin əvvəlində 677.7 milyon manat olan aktivlər sentyabrın sonuna cəmi 1.2 milyon manat və ya 0.2% artaraq 678.9 milyon manata çatıb.
Bu nəticə ilə bank oxşar aktiv ölçüsünə malik rəqibləri arasında sonuncu sıraya düşüb. “Premium Bank”ın likvid vəsaitlərində də ciddi azalma müşahidə edilib; nağd pul və ekvivalentləri 7.8% azalaraq 156.8 milyon manata, ticarət və investisiya qiymətli kağızları portfeli isə 38.2% kiçilərək 10.5 milyon manata düşüb.
Kredit portfeli isə 3.8% artımla 496.7 milyon manat təşkil edib ki, bunun da böyük hissəsi biznes kreditlərinin (362.2 milyon manat) payına düşür.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
14 Oktyabr 2026