"Anglo Asian Mining" Azərbaycanda gümüş hasilatını 40%-dən çox artırıb

12:10 - 15.10.2026


15 oktyabr, Fineko/abc.az. Azərbaycanda qiymətli metalların hasilatı ilə məşğul olan "Anglo Asian Mining" (AAM) şirkəti 2026-cı ilin yanvar-sentyabr aylarında gümüş istehsalını ötən ilin eyni dövrü ilə müqayisədə 40,25% artıraraq 145 824 unsiyaya çatdırıb (2025-ci ilin 9 ayında 103 971 unsiya).

Təkcə III rübdə (iyul-sentyabr) gümüş hasilatı 27,25% artaraq 52 969 unsiya təşkil edib. Şirkət 2026-cı il üçün illik gümüş hasilatı proqnozunu 170-210 min unsiya səviyyəsində dəyişməz saxlayıb.

Qeyd edək ki, "Anglo Asian Mining" 2030-cu ilədək yeni mədənlərin ("Xarxar", "Qaradağ", "Zəfər") istifadəyə verilməsi ilə illik mis hasilatını 50-55 min tona çatdırmağı planlaşdırır.