Azərbaycanda İslam maliyyəsinin tətbiqi üçün islahatlar aparılacaq

12:08 - 15.10.2026


15 oktyabr, Fineko/abc.az. Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqi üçün bazarda islahatların aparılması məqsədi ilə normativ hüquqi akt layihələri hazırlanıb.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sabitliyi departamentinin direktoru Ataxan Həsənov qurumun yarım illik "Maliyyə Sabitliyi Hesabatı" ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

AMB rəsmisi qeyd edib ki, sözügedən layihələr artıq aidiyyəti dövlət orqanlarına göndərilib.

Müəllif: Elmir Muradov