12:32 - 15.10.2026
15 oktyabr, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev "Rəqəmsal rabitə" informasiya sisteminin (RRİS) yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.
Fərmanla "İnformasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib.
Yeni sistem İKT və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarətin, həmçinin dövlət qurumları, özəl sektor və vətəndaşlar arasında əlaqələrin operativliyini, səmərəliliyini və şəffaflığını təmin edəcək.
RRİS-in sahibi funksiyasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, operatoru isə nazirliyin tabeliyindəki İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi olacaq. Sistem "Hökumət buludu"nda (G-cloud) yerləşdiriləcək.
15 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
14 Oktyabr 2026