11:14 - 20.10.2026
20 oktyabr, Fineko/abc.az. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Elektron ticarət haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.
Sənədə əsasən, qanunun əhatə dairəsi genişləndirilərək onun yalnız ölkə ərazisi ilə məhdudlaşdırılmasını nəzərdə tutan müddəa ləğv edilir.
Bununla yanaşı, qanunvericiliyə “texnoloji neytrallıq” anlayışı və prinsipi daxil olunur, “POS-terminal” anlayışı dəqiqləşdirilərək mövcud təcrübəyə uyğunlaşdırılır, eləcə də ödəniş üsulları və onların həyata keçirilməsi ilə bağlı normativ müddəalar təkmilləşdirilir.
Qeyd olunub ki, bu yeniliklər ölkə Prezidentinin təsdiqlədiyi “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində elektron ticarətdəki maneələrin aradan qaldırılması və qanunsuz ticarət əməliyyatlarının azaldılması məqsədi daşıyır.
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026