Azərbaycanda şəkər istehsalı və xammal idxalı çoxalır

10:25 - 20.10.2026


20 oktyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda şəkər və qənd istehsalı illik müqayisədə 24,1% artaraq 361,3 min tona yüksəlib, həmçinin yerli şəkər çuğunduru yığımı 40,5% artaraq 205,9 min tona çatıb.

İstehsalın artması fonunda emal üçün xaricdən gətirilən xammalın həcmində də yüksəliş qeydə alınıb. Yanvar-avqust aylarında ölkəyə 139,92 milyon dollar dəyərində 309,64 min ton xam şəkər idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 21,1%, dəyər baxımından isə 3,6% çoxdur.