ARDNF-nin qızıl ehtiyatları 178,1 tona düşüb

14:17 - 20.10.2026


20 oktyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) qızıl ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% azalaraq 178,1 ton təşkil edib. 2025-ci ilin müvafiq dövründə bu göstərici 184,8 ton səviyyəsində idi.

Fondun 2026-cı ilin ilk 9 ayının yekunlarına dair hesabatına əsasən, ARDNF-nin ümumi investisiya portfelində qızıl investisiyaları 23 milyard 934,7 milyon dollar təşkil edir. Bu isə Fondun aktivlərinin 32,3%-nə bərabərdir.