Əfqanıstan Azərbaycan şəkərinin əsas bazarlarından birinə çevrilib

10:37 - 20.10.2026


20 oktyabr, Fineko/abc.az. Azərbaycanın şəkər ixracı coğrafiyasında mühüm dəyişikliklər baş verib.

Ötən ilin müvafiq dövründə alıcılar siyahısında olmayan Əfqanıstan 2026-cı ilin ilk 8 ayında 11,43 milyon dollar dəyərində 21,55 min ton şəkər almaqla ölkənin 3-cü en böyük ixrac bazarı olub.

Ən böyük alıcı mövqeyini 69,3 min tonla Özbəkistan, ikinci yeri isə 40,21 min tonla Türkmənistan tutub.

Bundan əlavə, Qırğızıstana ixrac 17,8 dəfə artaraq 9,6 min tona çatmış, Tacikistan, Rusiya, Gürcüstan və digər ölkələrə də satışlar davam etdirilmişdir.