14:51 - 19.10.2026
19 oktyabr, Fineko/abc.az. 2026-cı ilin ilk 9 ayında Azərbaycanın şəkər ixracında həm fiziki həcm, həm də əldə edilən gəlir baxımından kəskin artım qeydə alınıb.
Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. 2025-ci ilin ilk 9 ayında 46,74 milyon ABŞ dolları təşkil edən şəkər ixracının statistik dəyəri, 2026-cı ilin eyni dövründə 2.4 dəfə artaraq 112.38 milyon ABŞ dollarına çatıb.
2025-ci ilin müvafiq dövründə 65 212.66 ton şəkər ixrac edildiyi halda, 2026-cı ilin ilk 9 ayında bu göstərici 2.8 dəfə artaraq 180 317.39 ton təşkil edib.
Şəkərin ümumi ixracdakı xüsusi çəkisi 2025-ci ildəki 0.25%-dən 2026-cı ildə 0.47%-ə yüksəlib. Qeyri-neft sektoru üzrə ixracda şəkərin payı isə 2025-ci ilin müvafiq dövründəki 1.76%-dən 2026-cı ilin eyni dövründə 1.69%-ə düşüb.
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026