Azərbaycanın təbii qaz ixracı gəlirləri 6,4 milyard dolları keçib

11:41 - 19.10.2026


19 oktyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan 17 milyard 994,1 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% azdır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə ixrac olunan təbii qazın dəyəri 3,7% azalaraq 6 milyard 448,7 milyon dollar təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq 9 ayında Azərbaycandan 6 milyard 698,6 milyon dollar dəyərində, yəni 18 milyard 527,8 milyon kubmetr təbii qaz ixrac edilmişdi.