Azərbaycanın neft ixracı həcmcə azalsa da, gəlirləri 13% artdı

12:06 - 19.10.2026


19 oktyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycan 10 milyard 103,5 milyon ABŞ dolları dəyərində 15,83 milyon ton xam neft ixrac edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə neft ixracı həcm ifadəsində 6,9 faiz azalsa da, qiymətlərin bahalaşması hesabına dəyər ifadəsində 13 faiz artım göstərib.

Neftin bir barelinin orta statistik qiyməti 71,75 dollardan 87,08 dollara (21,4% artım) yüksəlib. Azərbaycan neftinin ən böyük alıcısı 8,88 milyon tonla (5,51 milyard dollar) İtaliya olub, sonrakı yerləri isə Çexiya (1,33 milyon ton) və Rumıniya (1,01 milyon ton) tutub.

Eyni dövrdə ölkədə qaz kondensatı daxil olmaqla neft hasilatı 3,9 faiz azalaraq 19,86 milyon tona düşüb.